Bakı ilə "yumşalma" siyasəti İran bazarına təsir etdi - Qızıl sikkələrin qiymətlərini azaltdı

11:23 - 12.07.2023


12 iyul, Fineko/abc.az. Son vaxtlar İran və Azərbaycan arasında gərginliyin azaldılması və Azərbaycan xarici işlər nazirinin müsbət açıqlaması İran bazarında xarici valyuta, qızıl sikkə və səhmlərin qiymətlərinin azalmasına gətirib çıxarıb. 

ABC.AZ xəbər verir ki, bu barədə İranın Ecoİran saytı məlumat dərc edib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 9 iyulda bildirib ki, İran tərəfindən fikir ayrılıqlarının götürülməsi istiqamətində ciddi addımlar atmaq niyyətini görürük. Belə olan təqdirdə Azərbaycanda adekvat, qarşılıqlı addımlar atacaq.

Bu açıqlama İran bazarında müsbət təsiri ilə iqtisadi inkişaf və xarici gəlirlə İranın valyuta bazarında xarici valyutanın qiymət artımını dayandırmaq və azaltmaq istiqamətində dəyərləndirilə bilər.

Belə ki, 9 iyulda 1 ABŞ dolları qara bazarda 500 min rial civarında idisə, bu gün (12 iyul) 1 ABŞ dolları 493 min rial təşkil edir. 9 iyulda İran bazarında 1 qızıl sikkə 285 milyon rial (təxminən 6,785 dollar) idisə, ötən gün (11 iyul) 1 qızıl sikkə 278 milyon riala (təxminən 6,619 dollar) təşkil edib. Eyni zamanda İranın səhmlər bazarında da səhmlərin qiymətlərinin azaldılması müşahidə olunmaqdadır.

Azərbaycan İranın şimal-qərb qonşusudur. Rusiya isə İranda ən böyük xarici investordur və dəmiryolu vasitəsi ilə İran daxilindən Hindistana məhsul ixracını həyata keçirmək niyyətindədir. Rus ekspertlər proqnoz edirlər ki, İran və Rusiyanın ticarət dövriyyəsi 30 milyard dollardan çox ola bilər. Rusiyanın İranda investisiyanın bir hissəsi dəmiryolu xəttinin tikintisi ilə əlaqədardır. Hansı ki, həmin dəmiryolu Azərbaycanı İranın cənubuna birləşdirir və Rusiyanın Hindistana məhsul ixracını asanlaşdıra bilər. Belə bir şəraitdə İran və Azərbaycan arasında ixtilafların artması da Hindistanla ticarət üçün Rusiya və İranın ticarət proqramına maneə ola bilərdi.