Altı ayda bankların qeyri-maddi aktivləri azalıb

15:18 - 10.07.2023


10 iyul, Fineko/abc.az. Bu il iyunun 1-nə Azərbaycan banklarının qeyri-maddi aktivləri 144,3 milyon manat təşkil edib. Qeyd olunur ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 0,9% azdır.

ABC.AZ  "Renkinq"ə istinadla xəbər verir ki,  bankların digər aktivləri 4 461,5 milyon manat təşkil edir ki,  bu da, ötən il iyunun 1-i ilə müqayisədə 93,7% çoxdur.