Banklarının Mərkəzi Bankdakı vəsaitləri azalıb

15:06 - 6.07.2023


6 iyul, Fineko/abc.az. Cari ilin iyunun 1-nə Azərbaycan banklarının Mərkəzi Bankdakı vəsaitləri 3 863,4 milyon manat təşkil edib. Bu isə ötən il iyunun 1-i ilə müqayisədə 15% azdır.

ABC.AZ  "Renkinq"ə istinadla xəbər verir ki, banklarının nağd vəsaitləri isə 2 070,9 milyon manat təşkil edib.

Məlumata görə, bu, ötən il iyunun 1-i ilə müqayisədə 22,4% çoxdur.