Bu il faiz artımı daha yavaş templə olacaq - FED

12:30 - 6.07.2023


6 iyul, Fineko/abc.az. FED-in iyun iclasının protokolları dərc edilib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, iyun iclasının protokollarında qeyd edildiyi kimi iyul ayında da faiz artımının ola biləcəyinə işarə edilib.

Protokollardan açıq görmək olur ki, bütün səlahiyyətlilər 2023-cü ildə daha çox faiz artımı olacağını gözləyirlər. Bununla yanaşı, sözügedən dövrdə faiz artımlarının daha yavaş bir templə olacağı proqnozlaşdırılır.

FED protokollarında 2023-cü ildə iqtisadiyyatda tənəzzül gözlənildiyi, risklərin və işsizliyin artacağı bildirilib.