Ankara daha çox orta və uzunmüddətli dövrdə məzənnə stabilliyini hədəfləyir - Deputat

15:05 - 25.06.2023


25 iyun, Fineko/abc.az. Türkiyə lirəsi son 1 ayda 20 faizdən çox dəyər itirib. İnflyasiya ilə mübarizə məqsədilə Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 6,5 faiz bənd artıraraq 8,5 faizdən 15 faizə qaldırsa da, hələlik həm valyuta, həm də istehlak bazarında volatillik davam edir.

Deməli, Ankara qısa deyil, daha çox orta və uzunmüddətli dövrdə məzənnə stabilliyini hədəfləyir.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, iqtisadi amillərlə yanaşı, siyasi faktorlar, eləcə də 50 faizə çatan illik inflyasiya dərəcəsi lirənin qısamüddətli dövrdə stabilləşməsini əngəlləyir.

Türkiyə yeni kabinetinin fərqli yanaşması da lirənin məzənnəsindəki ucuzlaşmanın qarşısını ala bilmir.

Digər tərəfdən, Türkiyənin yeni maliyyə nazirinin U-dönüşlü mesajları maliyyə bazarlarında volatilliyi azaltsa da, stabilliyə nail olmaq mərhələli prosesdir və bu baxımdan hələlik qısa müddətlidən daha çox uzunmüddətli hədəflərə söykənilir.