Azərbaycanda Bank sektoru bu qədər böyüyüb

16:41 - 23.06.2023


23 iyun, Fineko/abc.az. Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 437,1 milyon manat xalis mənfəət əldə edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9% çoxdur.

Hesabat dövrü ərzində bankların əməliyyat gəlirləri 1 milyard 866,3 milyon manat (1 il əvvələ nisbətən 27,9% çox), əməliyyat xərcləri 1 milyard 195,6 milyon manat (27,6% çox), xüsusi ehtiyatlara ayırmaları 127,8 milyon manat (8,4% çox), gözlənilməz gəlirləri 0,3 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 106,1 milyon manat (45,15% çox) təşkil edib.