Azərbaycanda 10-11 illik gəlirlə ev almaq olar - Mərkəzi Bank rəhbəri (VİDEO)

15:12 - 20.06.2023


20 iyun, Fineko/abc.az. Daşınmaz əmlak bizim sahib olduqlarımızın içərisində ən dəyərli varlıq sayılır.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev Real TV-yə Daşınmaz əmlakın icbari sığortasına dair müsahibəsi zamanı deyib.

“Belə bir göstərici var: mənzillərin qiymətlərinin adam başına düşən ümumi illik orta gəlirə nisbəti. Bu nisbət müxtəlif ölkələrdə fərqlidir. Məsələn, bizim ölkəmizdə ekspertlərin qiymətləndirmələrinə görə bu, 10-11 həddindədir. Yəni, bir mənzilin qiyməti orta statistik azərbaycanlının 10-11 illik gəlirinə bərabərdir. Bizim 11 illik zəhmətimizin nəticəsində əldə olunan gəlirə bərabərdirsə, demək ki, mənzil bizim üçün çox dəyərli bir şeydir”, - o bildirib.