16:12 - 16.06.2023
16 iyun, Fineko/abc.az. Yüksək kredit faizləri həm biznesin, həm də kredit götürən istehlakçının xərclərinin artmasına gətirib çıxarır. Bu baxımdan kredit faizlərinin azaldılması istiqamətində daha sistemli fəaliyyətlərin həyata keçirilməsi olduqca vacibdir.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov kredit faizlərinin yüksək olma səbəblərini izah edərkən bildirib.
O qeyd edib ki, hələlik bu istiqamətdə atılan addımlar ciddi faiz azalmalarına gətirib çıxarmayıb.
"Gözlənti ondan ibarətdir ki, Mərkəzi Bank tərəfindən bu istiqamətdə sistemli fəaliyyətlərin genişləndirilməsi, xüsusən də 2023-cü ilin sonu, 2024-cü ildə kredit faizlərində o cümlədən istehlak kreditlərinin faizlərində azalmaların müşahidə olunmasına gətririb çıxara bilər" - deyə V.Bayramov bildirib.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026