Son 5 ayda Azərbaycanda "Apple Pay" və "Google Pay" həllər vasitəsilə nə qədər ödənişlər edilib?

11:34 - 13.06.2023


13 iyun, Fineko/abc.az. Azərbaycanda bu ilin yanvar-may aylarında "Apple Pay" və "Google Pay" həllər vasitəsilə ödənişlər müvafiq olaraq 327 milyon və 107 milyon manat təşkil edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov Bakıda keçirilən "Fintech Summit 2023" - Maliyyə və Texnologiyalar Sərgisində deyib.

Onun sözlərinə görə, mayın əvvəlinə Azərbaycanda ödəniş kartların sayı 18 % artıb:

"Bu kartların 70 %-indən çoxu təmassızdır. Onu da qeyd edim ki, yanvar-may aylarında nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 12,2 milyard manat təşkil edib. Ümumi dövriyyədə nağdsız ödənişlərin çəkisi payı 11,8 faiz bəndi artaraq 52 %-ə çatıb".