Hesablama Palatası AMB-nin monetar siyasətinin auditini həyata keçirə bilməz - Taleh Kazımov

14:07 - 5.06.2023


5 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib və orada Mərkəzi Bankla bağlı yeni məsələlər müzakirə edilib.

ABC.AZ xəbət verir ki, iclasda iştirak etmiş AMB sədri Taleh Kazımov bildirib ki, dünyada belə bir praktika yoxdur ki, hansısa üçüncü qurum gəlib Mərkəzi Bankın monetar siyasətinin auditini etsin.

"Hesablama Palatası da bunu başa düşür ki, AMB-nin monetar siyasətinin auditini həyata keçirə bilməz. Qurumlar arasında anlaşma olub. Buna görə də Palata yalnız Mərkəzi Bankın inzibati-təsərrüfat fəaliyyətini yoxlaya biləcək", - deyə T.Kazımov əlavə edib.