Muxtar respublikada sahibkarlara verilən kreditlər bu qədər artıb

16:42 - 30.05.2023


30 may, Fineko/abc.az. 2023-cü ilin ilk dörd ayında Naxçıvan Muxtar Respublikasında sahibkarlara verilmiş kreditlərin həcmi 2.2 dəfə artıb. 

ABC.AZ xəbər verir ki, bunu Fuad Nəcəfli öz tvitter hesabında 2023-cü ilin ilk dörd ayında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəriciləri ilə bağlı açıqlamasında bildirib.

2023-cü ilin yanvar-aprel aylarına sahibkarlara verilmiş kredit portfelinin həcmi 40 mln. 369.3 min manat olub.

Ötən ilin eyni dövründə bu rəqəm 18 mln. 644.8 min manat olub