Daha bir ölkənin əsas Bankı uçot dərəcələrini artırıb

12:34 - 24.05.2023


24 may, Fineko/abc.az. Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) yeni qərarını açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Bank uçot dərəcələrini yenidən artırıb.

Belə ki, Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) inflyasiyanın hələ də çox yüksək olduğuna dair xəbərdarlıq edərək, bazar gözləntilərinə uyğun olaraq uçot dərəcəsini daha 25 bənd artıraraq 5,5%-ə çatdırıb.

Bu, 2021-ci ilin oktyabrından bəri ardıcıl 12-ci faiz artımıdır və iqtisadçıların gözləntilərinə uyğundur.

Müəllif: Elmir Murad