Apreldə Bankların cəmi aktivləri bu qədər olub

10:06 - 24.05.2023


24 may, Fineko/abc.az. Apreldə fəaliyyətdə olan bankların cəmi aktivləri 45,582.7 milyon manat olub.

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin dollarlaşması aprel ayında ilin əvvəlinə nəzərən 2 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalaraq 37.2 faiz təşkil edib.

Sözügedən dövrdə Bankların cəmi öhdəlikləri 39,771.3 milyon manat, balans kapitalı 5,811.4 milyon manat.

2023-cü ilin yanvar-aprel aylarında banklar 345.2 milyon manat xalis mənfəət, 512.9 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 39 faiz və 32 faiz artıb.