Valyuta hərracında bankların tələbi 2,3 dəfə azalıb

12:41 - 16.05.2023


16 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, mayın 16-da keçirilən valyuta hərracında bankların tələbi $26,3 mln təşkil edib və tam təmin edilib. Bu, $35,1 mln və ya son hərracda olandan 2,3 dəfə azdır.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Mayın 11-də keçirilən valyuta hərracında Mərkəzi Bank banklara $61,4 mln satıb.