Azərbaycanda bank kreditlərinə çıxış çətinləşir - SƏBƏB

16:04 - 15.05.2023


15 may, Fineko/abc.az. Azərbaycanda bank kreditlərinə çıxış çətinləşir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Twitter” hesabında bildirib.

"KOBİA-ya daxil olan müraciətlər arasında kreditlərə çıxış məsələləri üstünlük təşkil edir. Şirkətlərin müraciətləri cavablandırılmır və yaxud onlar yüksək kredit xərcləri çəkirlər. Banklar istehsalat, məşğulluq və sərmayə məsələlərində həssas və konstruktiv olmalıdır”, - deyə o qeyd edib.