16:25 - 11.05.2023
11 may, Fineko/abc.az. “Finex Kredit” BOKT 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il “Finexkredit” BOKT-un xalis faiz gəlirləri 2021-ci illə müqayisədə 269 min manat və ya təqribən 2 dəfə azalaraq 296 min manata enib. 2021-ci ildə xalis gəlirləri 565 min manat olmuşdu.
Şirkətin ümumi inzibati xərcləri bir il ərzində 180 min manat və ya 18,5% azalaraq 974 min manatdan 794 min manata düşüb.
Nəticədə şirkətin xalis zərəri təqribən 35% və ya 109 min manat artaraq 421 min mamat təşkil edib. Xatırladaq ki, “Finex Kredit” BOKT 2021-ci ildə də zərrələ işləmiş və ili 311 min manqat xalis zərərlə bağlamışdı.
2022-ci ildə BOKT kiçilib – onun aktivləri 5 milyon 385 min təşkil edib. Bu da əvvəlki illə müqayisədə 246 min manat və ya 4,4% azdır.
Kredit portfeli ötən il 3 milyon 319 min manat təşkil edib, bu da 2021-ci illə müqayisə də 250 min manat və ya 7% azdır.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026