Banklar valyuta hərracında tələbi iki dəfə artırıb

12:50 - 11.05.2023


11 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, mayın 11-də keçirilən valyuta hərracında bankların tələbi $61,4 mln təşkil edib və tam təmin edilib. Bu,  keçmiş hərracdan $30,8 mln və ya  2 dəfə çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Mayın 4-də keçirilən valyuta hərracında AMB banklara $30,6 mln satıb.