İngiltərənin Mərkəzi Bankı faiz dərəcələrini 5 faizə qaldıra bilər

12:28 - 10.05.2023


10 may, Fineko/abc.az. İngiltərənin Mərkəzi Bankı bu yay faiz dərəcələrini 5 faizə qaldıra bilər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Goldman Sachs”ın proqnozunda qeyd edilib.

Bildirilib ki, Bankın ardıcıl 12-ci il ev təsərrüfatları və biznes üçün borclanma xərclərini qaldıracağı gözlənilir və maliyyə bazarları faiz dərəcələrinin dörddə bir bəndi artımını 4,5 faizə çatdıracağını proqnozlaşdırır.

“Goldman Sachs” analitikləri hesab edir ki, artan yaşayış dəyəri rəqəmlərinin Bankın hökumət tərəfindən müəyyən etdiyi 2 faizlik hədəfinə çatmaq üçün kifayət qədər aşağı düşmə ehtimalı azdır. “Baxmayaraq ki, İngiltərədə inflyasiya qlobal enerji qiymətlərinin aşağı düşməsi ilə azalmağa doğru gedir- deyə pronozda bildirilir.

Müəllif: Elmir Murad