"Bank Avrasiya"nın xalis mənfəəti 2 dəfədən çox artıb - Hesabat

14:36 - 5.05.2023


5 may, Fineko/abc.az. "Bank Avrasiya" ASC 2023-cü ilin ilk rübünü (yanvar-mart) 1 milyon 555 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ xəbər verir ki, Bank ötən ilin eyni dövrünü 763 min manat xalis mənfəət ilə bağlamışdı.

Beləliklə, "Bank Avrasiya"nın xalis mənfəəti 2023-ci ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2 dəfədən çox artıb.

Bankın xalis mənfəətin artması faiz gəlirlərin artmasından və faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlara vəsait ayırmamasından qaynaqlanır. 

2023-cü ilin ilk rübündə "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri faiz gəlirləri) 4 milyon 433 min manat təşkil edib.

Bank ötən ilin 1-ci rübündə 3 milyon 566 min manat cəmi əməliyyat gəlirləri əldə etmişdi. Beləliklə, "Bank Avrasiya"nın cəmi əməliyat gəlirləri 867 min manat artıb.