Banklar valyuta hərracında tələbi 36% azaldıb

12:39 - 4.05.2023


4 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, mayın 4-də keçirilən valyuta hərracında bankların tələbi 30,6 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 17,1 milyon dollar və ya 35,85% azdır.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Mayın 2-də valyuta hərracında Mərkəzi Bank banklara 47,7 milyon dollar satıb.