Aktivləri 1,5 mlrd. manatdan çox olan banklar

11:03 - 3.05.2023


3 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 4-nün bu il aprelin 1-nə aktivləri 1,5 milyard manatdan çox olub.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (11 564,338 milyon manat), “PAŞA Bank” (8 693,036 milyon manat), “Kapital Bank” (7 728,237 milyon manat), “Xalq Bank” (2 700,678 milyon manat) və “Bank Respublika” (1 645,813 milyon manat) ASC-lərdir.

Qalan 20 bankdan 2-də aktivlər 1-1,5 milyard manat arasında, 9 bankda 500 milyon manatdan 1 milyard manata qədər, 9 bankda isə 100-500 milyon manat arasındadır.