10:30 - 3.05.2023
3 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 25 baza bəndi artıraraq 9%-ə çatdırıb.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 7%-dən 7,5%-ə, yuxarı həddi 9,75%-dən 10%-ə qaldırılıb. Uçot dərəcəsi ilə bağlı qərar mayın 4-dən qüvvəyə minir.
AMB növbəti dəfə uçot dərəcəsi məsələsini iyunun 21-də müzakirə edəcək.
Xatırladaq ki, AMB 29 mart 2023-cü il tarixində uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 8,75%-ə qaldırmışdı. Faiz dəhlizinin yuxarı həddi 9,5%-dən 9,75%-ə, aşağı həddi isə 6,75%-dən 7%-ə qaldırılmışdır.
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026