Mart ayında bank işçilərinin sayı artıb

10:21 - 3.05.2023


3 may, Fineko/abc.az. 31 mart 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 491, şöbələrinin sayı 94, ATM-lərin sayı isə 2,996 olmuşdur.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayında da bank sektorunda çalışanların sayında artım trendi davam etmişdir.

Mart ayında bank əməkdaşlarının sayı 0.5% və ya 124 nəfər artaraq 23,164 nəfər təşkil etmişdir.