Valyuta hərracında tələb 50% artıb

12:39 - 2.05.2023


2 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, mayın 2-də keçirilən valyuta hərracında bankların tələbi 47,7 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 15,9 milyon dollar və ya 50% çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

AMB aprelin 27-də valyuta hərracında banklara 31,8 milyon dollar satıb.