Şirkətlər Banklardakı 2 milyard manatdan çox pullarını geri çəkiblər

15:16 - 28.04.2023


28 aprel, Fineko/abc.az. 2023-cü il yanvar ayının 1-nə hüquqi şəxslərin banklarda olan depozitlərinin həcmi 22 milyard 279 milyon manata bərabər olub. 2023-cü ilin ilk 3 ayı ərzində hüquqi şəxslərin banklarda olan depozitləri 10.2% və ya 2 milyard 65.9 milyon manat azalaraq 20 milyard 213.7 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, APA şirkətlərin banklarda olan depozitlərinin azalması barəsində araşdırma aparıb.

Araşdırma nəticəsində bəlli olub ki, Azərbaycan fəaliyyət göstərən 12 bankın hüquqi şəxslərin depozit portfeli 2 milyard 373.2 milyon manat kiçilərək 12 milyard 189.8 milyon manat, 10 bankda isə 237 milyon 831 min manat böyüyərək 6 milyard 952 milyon manat təşkil edib.

Hüquqi şəxslərin depozit portfeli üzrə ən çox azalma “Muğanbank” (-65%) və Bank Avrasiyada (-52%), ən çox artım isə AccessBank (+40%) və Ziraat Bank Azərbaycanda (+33%) olub.

Qeyd edək ki, “Xalq Bank”, “Bank BTB” və “Bank Melli İran Bakı filialı” hüquqi şəxslərin depozit portfelinin həcmini maliyyə hesabatlarında açıqlamayıb.