16:35 - 25.04.2023
25 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, "Yapı Kredi Bank Azərbaycan" 2023-cü ilin birinci rübünü 2.2 milyon manat mənfəətlə başa vurub.
ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, bankın depozit portfeli keçən ilin son rübü ilə müqayisədə 28.3% artaraq 366 milyon manat, bankın aktivləri isə 23% artaraq 486 milyon manat təşkil edib.
“Yapı Kredi Bank Azərbaycan” QSC cari ilin ilk 3 ayında Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.
Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 25.83%, məcmu kapitalının adekvatlıq əmsalı isə 27.64% olmuşdur.
Bankın tutulmalardan sonra məcmu kapitalı 77.7 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026