Azərbaycanda bank müştərilərinin sayı 7 faiz artıb

17:27 - 19.04.2023


19 aprel, Fineko/abc.az. Azərbaycanda 2023-cü ilin mart ayında bank müştərilərinin sayı 13 700 836 təşkil edib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.

İllik müqayisədə bank müştərilərinin sayı 885106 nəfər və ya 7% artıb. Ötən ilin eyni dövründə bank müştərilərinin sayı 12 815 730 olub.

2023-cü ilin mart ayı üzrə bank müştərisi olan fiziki şəxslərin sayı 13 559 384 nəfər, sahibkarlıqla məşğul olanların sayı 656 839 nəfər, hüquqi şəxslərin sayı isə 141 452 nəfər olub.