16:47 - 13.04.2023
13 aprel, Fineko/abc.az. Aprelin 13-də ABŞ-ın inflyasiya məlumatlarından sonra kriptovalyutalarda əhəmiyyətli bir hərəkətlilik oldu.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, mart ayında ABŞ-da illik inflyasiyanın 5,2 faiz gözləntisinin altında yüzdə 5 olaraq açıqlanıb.
Bundan sonra mayın 3-də keçiriləcək iclasda faizin sabit saxlanılma ehtimalı qiymətləşmədə daha çox yer tapmağa başlayıb.
ABŞ-ın 10 illik xəzinə istiqrazı 3,46 faizdən 3,41 faizə düşüb.
Bu vəziyyət kriptovalyutalarda riskləri artırıb. Qeyd edək ki, inflyasiya məlumatları açıqlanmadan əvvəl Bitcoin 29 990 dollar ətrafında ticarət edirdi. Məlumat açıqlandıqdan sonra 30.438 dollara qədər yüksəlib. Lakin bu sürətli yüksəlişdən sonra mənfəət satışları gəlib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026