11:52 - 12.04.2023
12 aprel, Fineko/abc.az. ABŞ-ın bəzi böyük bankları ehtiyatlarını artırmağa hazırlaşır.
ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, bankların hər biri ehtiyat üçün 100 milyon dollar ayıracaq.
Qeyd edək ki, buna qədər “JPMorgan”, BofA, “Citi” və “Wells Fargo” banklarının hər birinin 5 milyard dollarlıq ehtiyatları var idi.
“Goldman Sachs” və “Morgan Stanley”in ehtiyatlarının miqdarı 2,5 milyard dollar, PNC, “BNY Mellon”, “Truist”, “USA Bancorp” və “State Street”in ehtiyatlarının miqdarı isə 1 milyard dollar idi.
Agentliyin məlumatında bu addımın mümkün itkilərə qarşı kifayət qədər ehtiyatların ayrılmasını təmin etmək üçün mühasibat uçotu qaydalarına görə atıldığı qeyd edilib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026