10:33 - 10.04.2023
10 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Bakıda mənzillər xeyli bahalaşlb.
ABC.AZ xəbər verir ki, Bakıdakı evlərin bahalaşmasından danışan ekspert Ramil Qasımzadə yeni tikililərdə 1 kvadratmetrin qiyməti 900-8000 manat təşkil etdiyini bildirib.
Onun sözlərinə görə, 900 manata olanlar əsasən Qaradağ rayonunda, Sabunçu və Suraxanıda təklif olunur.
“Orta qiymət 2000 manat civarındadır. Rayonlardan asılı olaraq qiymətlər dəyişə bilir. Səbail, Nəsimi, Nərimanov rayonunda 1 kvadratmetrin qiyməti 1800 manatdan başlayaraq 8000 manata qədər dəyişir. Daha baha olanlar Səbail, Nəsimi, Nərimanov rayonunda yerləşən premium sinfə aid yeni tikililərdədir. Mənzillərin qiyməti təmirdən asılı olaraq da dəyişə bilər. Təmirli evlərin qiyməti təmirsizlə müqayisədə 500-600 manat artıqdır” - deyə ekspert qeyd edib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026