İndi də Kanadanın ən böyük banklarından biri iflasa uğraya bilər

11:30 - 5.04.2023


5 aprel, Fineko/abc.az. Silikon Vadisini sarsıdan və sonra İsveçrəyə yayılan bank etibarı böhranında bu dəfə gözlər Kanadaya çevrilib.

ABC.AZ-ın məlumatına görə, ekspertlər hazırda ən çox Kanadanın ikinci ən böyük bankı olan "Toronto-Dominion Bank"ından narahatdılar.

Bazar dəyəri 47 milyard dollar olan "Toronto-Dominion Bank" ABŞ-da ortaq tapmaq danışıqları aparır.

Bu addım da investorları narahat edib.

Müəllif: Elmir Murad