Neft Fondu mart ayında nə qədər valyuta satıb?

10:35 - 5.04.2023


5 aprel, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı məlumat yayıb.

Fonddan ABC.AZ-a daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin mart ayı ərzində 383,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin yanvar ayı ərzində 188,5 milyon ABŞ dolları, fevral ayı ərzində 356,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.