14:06 - 13.03.2023
13 mart, Fineko/abc.az. Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə investisiya fondunun idarəçisi olan şirkətlərin birinin fəaliyyəti üzrə lisenziyası ləğv edilib, bu sahədə çalışan şirkətin sayı 1-ə düşüb.
ABC.AZ xəbər verir ki, bu, “İnvest Az Asset Management” MMC-dir. Şirkət 27 avqust 2013-cü ildən lisenziyanə əldə etmişdi.
İnvestisiya fondunun idarəçisi müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxsdir. İnvestisiya fondunun idarəçisi investisiya fondunu səhmdar investisiya fondu və ya pay sahibləri ilə bağlanılmış idarəetmə müqaviləsi əsasında səhmdarların və ya pay sahiblərinin maraqlarına uyğun olaraq idarə edir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026