AMB və DB Azərbaycan üzrə yeni strategiyanın hazırlanmasını müzakirə edib

13:21 - 13.03.2023


13 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının (DB) Seçki Qrupunun icraçı direktoru Dominik Favre ilə görüşüb.

ABC.AZ xəbər verir ki, bu barədə AMB sədri “Twitter” hesabında yazıb.

Görüş zamanı Mərkəzi Bank ilə DB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

“Görüşdə, həmçinin DB-nin növbəti dövr üçün Azərbaycan üzrə yeni strategiyasının hazırlanması və layihə portfelinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq”, - deyə Kazımov qeyd edib.