16:10 - 21.12.2022
21 Dekabr, Fineko/abc.az. Böyük Britaniya 2024-cü ilin ortalarından dövriyyəyə buraxılacaq yeni Kral Çarlz III təsviri olan ilk əskinasları təqdim edib.
ABC.AZ xəbər verir ki, bu barədə İngiltərə Bankının saytında məlumat yerləşdirilib.
Qeyd edilib ki, III Çarlzın portreti dörd əskinasın - 5 funt sterlinq, 10 funt sterlinq, 20 funt sterlinq və 50 funt sterlinqlik əskinasın üz tərəfində görünəcək. Əskinasın dizaynının qalan hissəsi olduğu kimi qalacaq.
Kraliça II Yelizavetanın təsviri olan əskinaslar qanuni ödəniş vasitəsi olaraq qalacaq - bank onları yalnız köhnəldikcə dövriyyədən çıxaracaq.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026