ABŞ-ın ən böyük Bankı cərimələndi

10:05 - 21.12.2022


21 dekabr, Fineko/abc.az. ABŞ-ın "Wells Fargo" adlı Bankı istehlakçılara 2 milyard dollardan çox təzminat və qanun pozuntularına görə 1,7 milyard dollar cərimə ödəyəcək.

ABC.AZ-ın məlumatına görə, bu barədə ABŞ İstehlakçıların Maliyyə Müdafiəsi Bürosundan (CFPB) məlumat verilib.

Açıqlamada deyilir ki, bank 16 milyondan çox istehlakçının hesablarına təsir edən qanunsuzluqlar ilə bərabər, dəfələrlə kredit ödənişlərini səhv tətbiq edib, evlərə və qanunsuz olaraq müsadirə edilən nəqliyyat vasitələrinə ədalətsiz girov qoyulub, xidmət haqlarını və faizləri səhv hesablayıb və qəfil depozit haqları alıb.