14:30 - 16.12.2022
16 dekabr, Fineko/abc.az. Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam edir.
ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumatda manatın nominal effektiv məzənnəsinin bahalaşması inflyasiya təzyiqlərini məhdudlaşdıran mühüm amillərdən biri olaraq qalır. 11 ayda nominal effektiv məzənnənin möhkəmlənməsi tempi 7.9% təşkil etdiyi qeyd edilib.
Sterilizasiya əməliyyatlarının həcminin genişlənməsi pul təklifinin artımını məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaldır. 11 ayda manatla pul bazası cəmi 7.3% artıb. Dekabr ayında pul bazası başlıca olaraq fiskal əməliyyatlardan təsirlənəcək.
Yeni əməliyyat çərçivəsinə uyğun olaraq Mərkəzi Bankın müxtəlif müddətli (1, 3, 6 və 9 aylıq) notlarının yerləşdirilməsi adekvat gəlirlik əyrisinin formalaşmasına şərait yaradır. Oktyabr-noyabr aylarında dövriyyədə olan notların həcmi 660 milyon manat və ya 2.3 dəfə artıb. Not bazarında iştirak edən bankların sayı da artır. Dövr ərzində notların ikinci bazar seqmentində 194 milyon manatlıq əməliyyat baş tutub.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026