12:38 - 15.12.2022
15 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, dekabrın 15-də keçirilən valyuta hərracında 61,2 milyon dollar satılıb ki, bu da ötən hərracdan 7,5 milyon dollar (13,97%) çoxdur. Dekabrın 13-də keçirilən hərracda Mərkəzi Bank banklara 53,7 milyon dollar məbləğində valyuta satıb.
“Valyuta hərracında bankların tələbi 61,2 milyon dollar təşkil edib və tam təmin edilib”, - AMB-nin məlumatında deyilir.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026