Mərkəzi Bank növbəti dəfə faiz qərarını açıqlayacaq

12:24 - 12.12.2022


12 dekabr, Fineko/abc.az.  16 dekabr 2022-ci il tarixində Mərkəzi Bankı 2022-ci ildə sonuncu dəfə faiz qərarını açıqlayacaq.

ABC.AZ xəbər verir ki, növbəti iclasda da Mərkəzi Bankın faiz artıracağı gözlənilir.

Xatırladaq ki, 28 oktyabr 2022-ci il tarixində Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1.00 faiz bəndi artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.