10:31 - 12.12.2022
12 dekabr, Fineko/abc.az. 2022-ci il noyabrın 30-dan dekabrın 12-dək Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən beynəlxalq maliyyə bazarlarında ticarət olunan və 2024-cü ildə geri qaytarılması nəzərdə tutulan 1 milyard 250 milyon ABŞ dolları məbləğində Azərbaycanın xarici valyuta nominallı dövlət istiqrazlarının (avrobond) 350 milyon dolları həcmində olan hissəsi vaxtından əvvəl geri alınması əqdi başa çatdırılıb.
Bu barədə ABC.AZ-a Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 350 milyon dollar məbləğində xarici valyutada ifadə olunmuş istiqrazlar nominal dəyərindən aşağı qiymətə alınıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026