Azərbaycanda 22302 nəfər Bank işçisi var

10:24 - 29.11.2022


29 noyabr, Fineko/abc.az. Azərbaycanda oktyabr ayında bank işçilərinin sayı 186 nəfər artıb. 

Bu barədə ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir.

"Hesabat ayında bank sektorunda çalışanların sayı 0.8% (186 nəfər) artaraq 22 302 nəfər təşkil edib"- deyə Mərkəzi Bankdan bildirilib.

Ümumilikdə, cari ilin 10 ayında bank sektorunun işçi sayı 9,7% və ya 1 973 nəfər artıb.