Təkcə Azərbaycan deyil, bütün dünya ölkələri inflyasiyadan əziyyət çəkir - Nazir

15:17 - 11.11.2022


11 noyabr, Fineko/abc.az. Bu gün Azərbaycanda yüksək inflyasiya var. Təkcə Azərbaycan deyil, bütün dünya ölkələri inflyasiyadan əziyyət çəkir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin komitə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, inflyasiya hər bir vətəndaşın gəlirlərini azaldan faktordur:

“Ona görə hökumət maraqlıdır ki, inflyasiya azalsın. Bizim gəlirlərimiz artsa da, biz istəyirik ki, inflyasiya azalsın. Yüksək inflyasiya əhalinin alıcılıq qabiliyyətini zəiflədir. Hazırda dünya bazarlarında neft-qaz satışı üzrə münbit şərait var. Amma bundan ölkəmizə gələn gəlirlər daha çox xərclərin qarşılanmasına yönəlir. Ona görə də biz xərclərə ehtiyatlı yanaşmalıyıq”.