11:08 - 10.11.2022
10 noyabr, Fineko/abc.az. Noyabrın 1-nə Rusiyanın beynəlxalq ehtiyatları oktyabrın 1-dəki 540,7 milyard dollara qarşı 547,2 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, oktyabrda ehtiyatlar 6,5 milyard dollar və ya 1,2% artıb.
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları (qızıl və valyuta) Rusiya Mərkəzi Bankının və hökumətin sərəncamında olan yüksək likvidli aktivlərdir.
2021-ci ildə Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 5,9% artaraq bu il yanvarın 1-nə 630,6 milyard dollar təşkil edib.
Ehtiyatlar 18 fevral 2022-ci il tarixində 643,2 milyard dollara çatmışdı.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026