İyulda Neft Fondu 212,3 mln ABŞ dolları məbləğində vəsait satıb

17:15 - 2.08.2022


2 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu iyul ayı üzrə valyuta satışı ilə bağlı açıqlama yayıb.

Fonddan ABC.AZ-a bildirilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin iyul ayı ərzində 212,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.