AMB-nin valyuta ehtiyatları 14% artıb

16:47 - 1.08.2022


1 avqust, Fineko/abc.az. Avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 407,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə ABC.AZ AMB-yə  istinadən xəbər verir.

Bildirilir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,5 % çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,7 %, son 1 ildə isə 14 % artıb.