Ukrayna Milli Bankı qrivnanın tezliklə möhkəmlənəcəyini açıqlayıb

10:45 - 1.08.2022


1 avqust, Fineko/abc.az. Qrivnanın devalvasiyası üçün heç bir obyektiv səbəb yoxdur.

ABC.AZ ukrayna mediasına istinadən xəbər verir ki,  bunu Ukrayna Milli Bankının idarə heyətinin sədr müavini Vasili Furman deyib.

“Məncə, qrivna qarşıdakı həftələrdə  güclənəcək. Tənzimləyici milli valyutanın möhkəmlənməsi üçün çox sərt tədbirlər görürük" - deyə Vasili Furman bildirib.