Artan əmanətlər bunlardır - Siyahı

10:52 - 27.07.2022


27 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi əhalinin əmanətləri cüzi artıb.

ABC AZ-ın məlumatına görə, əhalinin müddətli əmanətləri iyunda may ayı ilə müqayisədə 78.2 milyon manat artaraq 5 milyard 736.4 milyon manata yüksəlib, tələbli əmanətləri isə 88.6 milyon manat azalaraq 4 milyard 642.2 milyon manata düşüb.

Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 13,4 milyon manat artaraq 217.6 milyon manata yüksəlib.

Fiziki şəxslərin müddətli əmanətləri 2022-ci lin 6 ayında 397.4 milyon manat artıb.

Fiziki şəxslərin müddətli əmanətləri 2022-ci lin 6 ayında 218 milyon manat artmışdı.