Əhalinin əmanətləri artıb ya azalıb?

10:37 - 27.07.2022


27 iyul, Fineko/abc.az. Azərbaycanda əhalinin əmanətləri cüzi artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, fiziki şəxslərin banklardakı cəmi əmanətləri (əhalinin müddətli və tələbli əmanətləri, sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri) iyun ayında may ayı ilə müqayisədə 3 milyon manat artaraq 01 İyul 2022-ci il tarixində 10 milyard 596.2 milyon manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 01 İyun 2021-ci il tarixində fiziki şəxslərin əmanətləri 10 milyard 593.2 milyon manata çatmışdı.