17:14 - 26.07.2022
26 iyul, Fineko/abc.az. 2022-ci ilin 2-ci rübünün nəticələrinə görə, Bank BTB-nin aktivləri 354,4 milyon manat olub.
ABC.AZ xəbər verir ki, bu ilin əvvəli ilə müqayisədə 6 milyon manat azdır. Hesabata əsasən, kredit portfeli 238,3 milyon manat təşkil edib. İlin əvvəlindən bəri kredit portfeli 13 milyon manat azalıb.
Bankın əsas vəsaitləri isə təqribən 68 milyon manat olub. Hesabat dövründə bankın öhdəlikləri 304,6 milyon manat təşkil edib.
Bankın ümumi depozit portfeli 140 milyon manat olub. İlin əvvəli ilə müqayisədə bankın depozitləri 7 milyon manat və ya 5% azalıb. Bank BTB üçün həyacan siqnalı bankın kapitalı ilə bağlıdır. 2022-ci ilin 2-ci rübünün nəticələri üzrə bankın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 5 milyon manat azalaraq 49 milyon 755 min manata düşüb.
Bu - Mərkəzi Bankın 50 milyon manatlıq kapiital tələbindən aşağıdır.
Xatırladaq ki, 2022-ci ilin əvvəlində bankın cəmi kapitalı 55 milyon manat idi.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026