Altı ayda qeyri-faiz gəlirləri 2 milyon 704 min manat təşkil edən Bank – Hesabat

16:57 - 26.07.2022


26 iyul, Fineko/abc.az. Bu ilin 2-ci rübün yekununa "Bank BTB"-nin qeyri-faiz gəlirləri 2 milyon 704 min manat, qeyri-faiz xərcləri 7 milyon 592 min manat olub.

ABC.AZ xəbər verir ki, nəticədə bankın əməliyyat mənfəəti 74 min manat təşkil edib.

Əvəzində bank aktivlər üzrə mümkün zərərlərdəq qorunmaq üçün 5 milyon 348 min manat ehtiyat yaratmalı olub. Nəticədə 2-ci rübün sonuna bankın xalis zərəri 5 milyon 274 min manat olub.

Halbuki ki, bank ötən ilin eyni dövrünü 538 min manat mənfəəllə başa vurmuşdu.

Xatırladaq ki, Bank BTB 2022-ci ilin 1-ci rübünü də zərərlə bitirmişdi.